“Tide” yuyucu tozların içində yuma üçün ən pis seçim olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, “Tide” yuyucu toz yuma üçün ən pis seçim olub – paltaryuyan maşını xarab edir və uşaqların gözlərini qıcıqlandırır.
Yağ ləkələrinin çıxarılmasında ən yaxşı nəticələr Roskachestvo standartlarına cavab verən “İndeks” tozu ilə göstərilib.
Qanın yuyulmasına gəlincə, ən yaxşı nəticələri “Persil”, “Aist”, “Index” və “Bimax” şirkətləri göstərib.
Ən pis nəticələr “Dosia” və Çin “Tide” tozları tərəfindən göstərilib.
Xuraman Etibarlı
İnterpress.az