TikTok-da tanış olan 76 yaşlı gəlin və 87 yaşlı bəy EVLƏNDİ – FOTObackend

TikTok-da tanış olan 76 yaşlı gəlin və 87 yaşlı bəy EVLƏNDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TikTok-da tanış olan 76 yaşlı gəlin və 87 yaşlı bəy evlənib.

İnterpress.az xəbər verir ki, bu barədə Belarusun Qomel Vilayət İcraiyyə Komitəsinin Ədliyyə Baş İdarəsi məlumat yayıb.

Belarusun Qomel vilayətinin Jlobin şəhərində yaşlı cütlük ailə qurub. 76 yaşlı Qalina Fedorovna 87 yaşlı Borislə evlənib.

Pensiyaçılar TikTok-da tanış olublar. Sosial şəbəkələrdə Qalina Fedorovna kənd mənzərələrini, bağçasından çiçəkləri göstərib. Vaxt keçdikcə 5 mindən çox insan qadını izləməyə başlayıb.

Abunəçilərdən biri Litvadan olan Boris idi. Onlar ünsiyyət qurub evlənməyə qərar veriblər.

Bir il yarım görüşdükdən sonra onlar evləniblər.

Tezliklə Boris ölkədə yaşamaq icazəsi almağı planlaşdırır.

Cütlüyü 6 övlad, 15 nəvə və 13 nəticə xoş hadisə münasibətilə təbrik edib. Qalina Fedorovna “tamamilə xoşbəxt olduğunu” etiraf edib.

Xuraman Etibarlı

İnterpress.az