Toyda kütləvi DAVA: 30-dan çox SAXLANILAN VAR – VİDEObackend

Toyda kütləvi DAVA: 30-dan çox SAXLANILAN VAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada toyda baş verən dava ilə bağlı 30-dan çox insan saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Moskvanın Yunıx Lenintsev küçəsində yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimi zamanı kütləvi dava baş verib. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Polis tərəfindən aparılan tədbirlər nəticəsində davada iştirak edən 30-dan çox şəxs saxlanılaraq polis bölməsinə aparılıb.

Hazırda davaya səbəb olan amillər və hadisənin təfərrüatları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az