Tramp dünyadakı bütün dəlilikləri dayandıracaq.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Dominik Torçinski bildirib. O, Trampın dünyadakı “bütün dəlilikləri” necə dayandıracağı barədə danışıb.
“Burada heç kim yoxdur. Biz Avropa Parlamentinə gəlmişik və burada texniki heyət yoxdur. Mən burada bir neçə ay əvvəl müsahibə vermişdim və demişdim ki, binanın, bütün Avropa Parlamentinin binasının tualetlərində isti su yoxdur. Təsəvvür edə bilərsinizmi? Beş-altı aydır burada isti su yoxdur. Borularda problem olduğu üçün isti su yoxdur. Onları düzəldə bilmirlər.
İlon Mask Marsa raketlər göndərir, bizdə isə isti su yoxdur. Deyirlər ki, problem var. Bunu necə düzəldəcəklərini bilmirlər. Çin bizə gülür, Rusiya gülür, Hindistan gülür və hamı “Trampa prezident olduğu üçün təşəkkür edirəm. O, dünyanı doğru yola yönəldəcək” deyir.
Trampın ilk addımları – Facebookda artıq hamilə kişi emojisi yoxdur. Bütün dəliliklər onun təsiri ilə dayandırılacaq”, – Torçinski vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az