Tramp deyib ki, Rusiya Ukrayna ilə bağlı razılaşmaya hazırdır, qalan şey Zelenski ilə razılaşmaqdır.
İnterpress.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Onun sözlərinə görə, Londonda danışıqlar “yaxşı” keçib, lakin Ukrayna lideri ilə ünsiyyət Moskva ilə müqayisədə daha çətin olub.
“Mən Zelenski ilə daha asan olacağını düşünürdüm. Hazırda bir az çətindir, eybi yoxdur, normaldır. Amma düşünürəm ki, onların hər ikisi ilə razılığa gələ bilərik. Ümid edirəm ki, nəticə verəcək”, – Tramp bildirib.
Buna cavab olaraq Volodimir Zelenski Trampın birinci dövründə ABŞ-nin mövqeyini xatırladıb.
O, Mayk Pompeonun “ABŞ Rusiyanın Krımı ilhaq etmək cəhdini rədd edir və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər bu siyasətə sadiq qalacağına söz verir” bəyanatının skrinşotunu dərc edib.
Xuraman Etibarlı
İnterpress.az