İranın lideri olmaq istəyən hər kəs sonda öləcək.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
ABŞ lideri İranın gələcək rəhbərliyi ilə bağlı olduqca sərt və hədə dolu bəyanatla çıxış edib.
Donald Tramp bildirib ki, hazırkı gərginlik fonunda İrana rəhbərlik etmək niyyətində olan hər bir şəxs ciddi təhlükə altındadır.
“İranın lideri olmaq istəyən hər kəs, nəticədə həyatını itirəcək”, – Amerika Prezidenti vurğulayıb.
Bu bəyanat Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı və İranın ali rəhbərliyində varislik məsələlərinin müzakirə olunduğu bir vaxtda xüsusi diqqət çəkib.
Ekspertlər bu sözləri Vaşinqtonun Tehrana qarşı daha radikal addımlar ata biləcəyinin siqnalı kimi qiymətləndirirlər.
Xuraman Etibarlı
İnterpress.az






