Turist qrupunun rəhbəri Elbrusa qalxarkən dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, o, qalxma zamanı xəstələnib və ehtimal olunan ölüm səbəbi infarkt olub.
Xilasedicilər 59 yaşlı Ryazan vilayətinin sakinini 4700 metr yüksəklikdə aşkar ediblər.
Mərhum üç nəfərdən ibarət qrupa rəhbərlik edib, onların hamısı qeydiyyatdan keçən marşrutla gediblər.
Xuraman Etibarlı
İnterpress.az