Türkiyənin Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı) PKK terror qruplaşmasının cəbhəxanasının məsul şəxsini zərərsizləşdirib.
İnterpress.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, Türkiyə kəşfiyyatının İraqın şimalında yerləşən Duhok kəndində keçirdiyi əməliyyat nəticəsində “Ruken Zilan” kod adlı Zeynəb Sevim məhv edilib.
Məlumata görə, o, 2014-cü ildə qruplaşamaya qoşulub. 2016-cı ildə İraqın şimalında Metina, 2017-ci ildə Gara, 2019-cu ildə Avaşində Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı terror aksiyalarının logistik təminatını həyata keçirib.
Onun “Zilan Ruken” kod adlı bacısı Fatma Sevim 2012-ci ildə Tuncelidə zərərsizləşdirilib.