Türkiyə şəhid verdibackend

Türkiyə şəhid verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.

Bu barədə “Haber Global” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən qeyd olunub ki, 31 yanvar tarixində “Bahar qalxanı” əməliyyatı bölgəsində (Suriya, İdlib) təşkil olunan hücum zamanı yaralanan hərbçi Basri Demirel 2 fevral tarixində Hatay dövlət xəstəxanasında şəhid olub.

Türkiyənin Milli Müdafiə Nazirliyi şəhidin ailəsinə və bütün türk xalqına başsağlığı verib.