Türkiyə Şuşada konsulluq açacaq: “İran üçün heç də arzuolunan hadisə deyil”backend

Türkiyə Şuşada konsulluq açacaq: “İran üçün heç də arzuolunan hadisə deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin Şuşada açacağı konsulluq oranı Azərbaycanla yanaşı bütün türk dünyası üçün mənəvi mərkəz halına gətirə bilər”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri zamanı jurnalistlərin sualların cavablandırarkən “biz də Şuşada baş konsulluq açırıq” açıqlamasına münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə İranın Qafan konsulluğuna cavab addımı atır və bu bölgədə tərəflər arasında geosiyasi və geostrateji savaşın daha da dərinləşməsinə doğru gedir. Burada Azərbaycan qardaş Türkiyə ilə eyni cəbhədə yer alacaq:

“Türkiyənin Şuşada konsulluq açmaq istəyi yeni hadisə deyildi və bu hadisə gözlənilən idi. Bu konsulluğun açılması Şuşanın əbədi təhlükəsizlik təminatı olmaqla yanaşı, bir sıra mətləblərə də aydınlıq gətirəcək. Beləliklə, bəzi güclərin, Ermənistandakı bəzi revanşist güclərin Şuşa ilə bağlı çirkin niyyətlərinin üstündən xətt çəkmiş olacaq. Türkiyənin Şuşada açacağı konsulluq oranı Azərbaycanla yanaşı bütün türk dünyası üçün mənəvi mərkəz halına gətirə bilər. Bundan sonra eyni addımı digər türkdilli dövlətlərin də atacağı istisna edilmir. Eyni zamandan dost və müttəfiq dövlətlərin də eyni addımı atması gözləniləndir. Türkiyə ilə yanaşı, bir sıra dövlətin də Şuşada konsulluq açması isə Azərbaycanın Qarabağ bölgəsində müharibə riskini minumuma edirə bilər və bu, bölgəyə qalıcı sülhü gətirəcək. Ümumilikdə qardaş Türkiyənin bu addımı təqdirəlayiq olmaqla yanaşı həm də alqışlanmalı məsələdir.

Hesab edirəm ki, Şuşada konsulluğun açılması ilə şəhər turistik baxımından da vacib əhəmiyyətə malik yerə çevrilə bilər. Bu isə Azərbaycanın iqtisadi imkanlarını artırmış olar. Azərbaycanın Qarabağda nəzarəti tam şəkildə əlinə alması həm Zəngəzur dəhlizi üçün böyük imkanlar yaratmış olacaq, həm də dünyanın diqqətini regionumuza çevirəcək. Bu isə Türkiyə və Azərbaycanı, eləcə də müsəlman dünyasını özünə düşmən bilən, əvəzində isə Ermənistanla xoş münasibət quran İran üçün heç də arzuolunan hadisə hesab edilə bilməz”.