Türkiyədə arxeoloqlar 13 min il yaşı olan əşyalar aşkar ediblər.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Aşkar edilmiş artefaktlar arasında müasir tikiş iynələri və sancaqlarına bənzər deşilmiş sümükdən iynələr, tekstil və geyim üçün zəruri alətlər daxildir.
Onların yaşı 13.000 il olaraq qiymətləndirilir.
Bu əhəmiyyətli tapıntı Şərqi Aralıq dənizindən Orta Anadoluya keçidin əsas nöqtəsində yerləşən bölgənin tarixi əhəmiyyətini vurğulayır.
Xuraman Etibarlı
İnterpress.az