Türkiyədə 2025-ci ilədək süni zəka sahəsində 50 min kadrın işləməsi planlaşdırılırbackend

Türkiyədə 2025-ci ilədək süni zəka sahəsində 50 min kadrın işləməsi planlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Milli Süni Zəka Strategiyası (2021-2025) ictimaiyyətə təqdim edilib. strategiyanı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank təqdim edib.

Onun sözlərinə görə, 2025-ci ilədək bu sahədə 50 min kadr üçün məşğulluq imkanlarının təmin edilməsi başlıca hədəflər arasındadır.

“2025-ci ildə süni zəka sahəsində məşğulluğun ən az 50 minə çatmasını hədəfləyirik. Bunun üçün ixtisaslı və kompitent insan resurslarının yetişməsi ilə bağlı önəmli tədbirlər müəyyənləşdirilib”, – o qeyd edib.