Türkiyədə avtobuslar toqquşub, 28 nəfər yaralanıbbackend

Türkiyədə avtobuslar toqquşub, 28 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Uşakdan Kütahyanın Gediz rayonu istiqamətində hərəkət edən mikroavtobus Dərbənd kəndinin yaxınlığında ötmə əməliyyatı yerinə yetirərkən qarşıdan gələn midiavtobusla toqquşub.

İnterpress.az “Haber Türk”ə istinadən xəbər verir ki, toqquşma sonucunda miniavtobus yoldan çıxaraq kənara, mikroavtobus isə yola aşıb.

Bildirilib ki, hadisədə 28 nəfər xəsarət alıb, onlar bölgəyə ən yaxın xəstəxanalara yönləndiriliblər.

Qeyd olunub ki, hər iki nəqliyyat vasitəsi işçiləri daşıyırdı.