Türkiyədə daha bir ağır qəza: 8 nəfər öldübackend

Türkiyədə daha bir ağır qəza: 8 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir vilayətində mikroavtobusun dərəyə aşması nəticəsində altı nəfər həlak olub.

Qəza zamanı 11 nəfər müxtəlif bədən xəsarətləri alıb. Hadisə vilayətin Kamalpaşa rayonu ərazisində baş verib. Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan öncə Balıkəsir-Edremit yolunda avtobusun dərəyə aşması nəticəsində 14 nəfər həlak olmuş, 18 nəfər isə xəsarət almışdı.

***

Türkiyənin İzmir əyalətinin Kamalpaşa rayonunda mikroavtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.