Türkiyədə qadın keçmiş sevgilisi tərəfindən öldürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası polisə istinadən məlumat yayıb. Bildirilir ki, İstanbulun Küçükçekmecede rayonunda Bahar Kaban adlı qadın keçmiş nişanlısı Gökhan Yu-nun silahlı hücumu nəticəsində həyatını itirib.
Qadın əvvəllər onun barəsində polisə şikayət edib və bildirib ki, ondan ayrıldığı üçün Gökhan onu təqib edir, öldürməklə hədələyir.
Xuraman Etibarlı
İnterpress.az