Türkiyədə zəlzələdə yaralananlardan biri öldü – HADİSƏNİN TƏFƏRRÜATIbackend

Türkiyədə zəlzələdə yaralananlardan biri öldü – HADİSƏNİN TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Düzce əyalətində zəlzələ zamanı evdən çıxmaq istəyərkən təlaşa düşərək yıxılan şəxs ölüb.

Bu barədə İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir.

O, müalicə olunduğu xəstəxanada həyatını itirib.

Belə ki, zəlzələ zamanı Çilimli rayonunun Pırpır kəndində yaşayan 47 yaşlı Hikmət Çələbi evdən çıxmağa çalışıb.

Mənzilin çıxışında müvazinətini itirən Çələbi yıxılıb və onun başı pilləkənlərə dəyib.

O, Düzce Atatürk Dövlət Xəstəxanasına yerləşdirilib.

Beyninə qan sızdığı müəyyən edilən Çələbi həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Zəlzələ nəticəsində 50 nəfər xəsarət alıb.