Türkiyənin embarqosu səbəbindən İsrail çörək qıtlığı yaşaya bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “İsrail Hayom” məlumat yayıb.
Türkiyənin yəhudi dövlətinə mal tədarükünə tətbiq etdiyi embarqoya görə İsraildə bəzi çörək növlərinin qıtlığı ola bilər.
Qeyd olunur ki, Türkiyə İsrailə əsas yaş maya tədarükçüsü olub. Onlar İsraildə istehsal edilmir və indi çörək zavodları türk tədarükçülərindən əvəz axtarmalı olacaqlar.
Məqalədə qeyd olunur ki, onlar tapılana qədər bəzi çörək növləri piştaxtalardan itəcək və çox güman ki, onlar həmişəlik bahalaşacaq.
Xuraman Etibarlı
İnterpress.az