Ukraynada 4 il zirzəmidə gizlənən fərari SƏFƏRBƏR OLUNDU – FOTOLARbackend

Ukraynada 4 il zirzəmidə gizlənən fərari SƏFƏRBƏR OLUNDU – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada 4 il zirzəmidə gizlənən fərari qonşularının sayəsində orduya aparılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Ukraynanın Çerkassı vilayətində qeyri-adi fərarilik hadisəsinin üstü açılıb. Səfərbərlikdən yayınmaq üçün 4 il ərzində anasının həyətindəki zirzəmidə gizlənən yerli sakin nəhayət ki, hərbi xidmətə cəlb olunub.

Məlumata görə, həmin şəxs uzun illər ərzində gün işığı görmədən zirzəmidə yaşayıb və demək olar ki, heç vaxt çölə çıxmayıb. Bu səbəbdən onun ümumi səhhəti kəskin şəkildə pisləşib.

Onun gizləndiyi yeri isə vəziyyətdən şübhələnən qonşuları aşkar ediblər. Onlar fərari barədə dərhal rəsmi qurumlara məlumat veriblər.

Ərazi komplektləşdirmə mərkəzinin əməkdaşları tərəfindən saxlanılan şəxs müvafiq müayinələrdən keçirildikdən sonra hərbi xidmətə səfərbər edilib.

Xuraman Etibarlı

İnterpress.аz