Ukraynada KİBERHÜCUM: 200 mindən çox kompüter SINDIRILDIbackend

Ukraynada KİBERHÜCUM: 200 mindən çox kompüter SINDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakerlər fişinq yolu ilə 200 mindən çox ukraynalı istifadəçinin kompüterini sındırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Kiber Oraq” (Cyber Serp) adlı rusiyayönlü haker qruplaşması Ukraynada genişmiqyaslı kiberhücum həyata keçirib.

Qruplaşmanın verdiyi məlumata görə, onlar “kiberhücum barədə xəbərdarlıq” adı altında “The cult” virusunu ehtiva edən saxta elektron məktubları bir milyon ukraynalı istifadəçinin ünvanına göndəriblər. Nəticədə, 200 mindən çox kompüterin sisteminə daxil olmaq mümkün olub.

Ukrayna rəsmiləri və yerli mətbuat ölkədəki dövlət qurumlarında, tibb mərkəzlərində və maliyyə təşkilatlarında kiberhücumun baş verdiyini təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az