Uşaqlarınızı telefondan uzaq tutun: Bu xəstəliklər yarana bilərbackend

Uşaqlarınızı telefondan uzaq tutun: Bu xəstəliklər yarana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər uşaqlarda ekran asılılığı ilə gələn xəstəliklər barədə məlumat verib.

İnterpress.az xəbər verir ki, ortopediya mütəxəssisi Dr. Murat Aşcı ekran asılılığının uşaqlarda boyun düzləşməsi, bel ağrısı kimi problemlərlə qarşılaşa biləcəyinə diqqət çəkib.

Onun sözlərinə görə, bu problemlər müalicə olunmazsa onurğada əyrilik, skolyoz, donqar kimi problemlərə səbəb ola bilər.

Pandemiya dövrü ilə bir çox insan evdə vaxt keçirməyə alışıb. Kompüter, planşet və telefon kimi texnoloji cihazlar evdə xüsusilə uşaqların sevimlisinə çevrilib. Mütəxəssislər isə buna görə vətəndaşları xəbərdar edirlər. Həkimlərin sözlərinə görə, xüsusən uşaqların ekran qarşısında uzun müddət qalmaları sağlamlıqlarında mühüm problemlər yarada bilər.

Həkim bildirib ki, uşaqlar adətən daha aktiv olmalıdırlar. Onlar oyun və idman kimi fəaliyyətlərə daha çox vaxt ayırmalıdırlar. Sağlam bədənə sahib olmaq üçün onların aktiv olması və idmanla məşğul olması çox vacibdir. Bunun üçün ekran qarşısında qalma müddətini azaltmaq lazımdır.