Valter Frankenşteyn 100 yaşında VƏFAT ETDİbackend

Valter Frankenşteyn 100 yaşında VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlin zirzəmisində Holokostdan sağ çıxan Valter Frankenşteyn 100 yaşında İsveçdə vəfat edib.

İnterpress.az xəbər verir ki, Avropanın Öldürülən Yəhudilərini Anma Fondu onun ölümünü İnstaqram hesabında elan edib.

Holokostdan xilas olmaq üçün ailəsi ilə birlikdə iki ildən çox Nasist Berlinin mərkəzində gizlənən Valter Frankenşteyn İsveçdə 100 yaşında vəfat edib.

Frankenşteyn 1924-cü ildə Flatov şəhərində (indiki Zlotov, Polşa) anadan olub. Nasistlər hakimiyyətə gəldikdən sonra o, Berlindəki yəhudi uşaq evində qalır və burada gələcək həyat yoldaşı Leoni ilə tanış olur. 1941-ci ildə hələ yeniyetmə ikən Adolf Eyxmannın ofisində tikinti işləri ilə məşğul olurdu.

Xuraman Etibarlı

İnterpress.az