Vaşinqton Hindistan və Pakistan arasında gərginliyin artmasına müdaxilə etmək niyyətində deyil.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Vens bildirib.
“Bu, bizim işimiz deyil. Biz Birləşmiş Ştatların maraqları ilə birbaşa əlaqəli olmayan müharibəyə qarışmaq fikrində deyilik”, – Venc vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton yalnız tərəfləri gərginliyi azaltmağa çağıra bilər və diplomatik kanallar vasitəsilə hərəkətə davam edəcək.
Xuraman Etibarlı
İnterpress.az