“Volkswagen” “Bugatti”ni satırbackend

“Volkswagen” “Bugatti”ni satır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın aparıcı avtomobil istehsalçısı “Volkswagen” (VW) 22 ildir ki, sahibi olduğu, Fransanın idman avtomobili istehsalçısı “Bugatti”ni Xorvatiyanın avtomobil istehsalçısı “Rimac”a satmağa hazırlaşır.

İnterpress.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə,  “Volkswagen” bundan sonra diqqətini elektrikli və sürücüsüz avtomobil istehsalına yönəldəcək.

Xatırladaq ki, “Bugatti”ni 1909-cu ildə Fransanın Myuluz şəhərində eyni adlı şəxs yaradıb. Şirkət 1998 ci ildə “Volkswagen”ə satılıb.

İnterpress.az