Wall Street Journal: Rusiya Husiləri müasir silahlarla təmin edəcəkbackend

Wall Street Journal: Rusiya Husiləri müasir silahlarla təmin edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Husiləri müasir silahlarla təmin edə bilər.

interpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ kəşfiyyatının yeni məlumatlarına istinadən yazıb.

Rusiya Federasiyası Bayden administrasiyasının Ukraynanın Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməsinə verdiyi dəstəyə cavab olaraq yəmənli husiləri müasir gəmi əleyhinə raketlərlə silahlandıra bilər.

Qeyd olunur ki, Ağ Ev üçüncü ölkələr vasitəsilə Putini “Husilərə silah verməkdə İrana qoşulmamağa” inandırmağa çalışır.

Bundan əlavə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kurilla, gizli məktubla müdafiə naziri Ostinə bildirib ki, Husilərin Qırmızı dənizdəki gəmilərə hücumlarının qarşısını ala bilmirlər.

Bəzi ABŞ rəsmilərinin fikrincə, yuxarıdakı hesabatlar husilərə qarşı hücumların, o cümlədən onların liderlərinə və əsas anbarlarına qarşı hədəfli zərbələrin artırılmasının zəruriliyini göstərir.

Xuraman Etibarlı

İnterpress.az