“Xanım” ləqəbli keçmiş polis, hazırkı cinayətkar qrupun rəhbəri GÜLLƏLƏNDİ – FOTObackend

“Xanım” ləqəbli keçmiş polis, hazırkı cinayətkar qrupun rəhbəri GÜLLƏLƏNDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə keçmiş polis məmuru, hazırkı cinayətkar qrupun rəhbəri güllələnib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Muğlada otelin qarşısında keçmiş polis məmuru, hazırda mütəşəkkil cinayətkar qruplaşmanın lideri, “Xanım” ləqəbli Güniz Akkuşun həyatına qəsd edilib.

Akkuşun tapança ilə ayaqlarından güllələndiyi məlum olub. Hücum edən şəxs qaçıb, Akkuş isə xəstəxanaya aparılıb.

Akkuş 1976-cı ildə Almaniyada anadan olub. 15 yaşında ailəsi ilə birlikdə Antalyaya qayıdıb. O, İzmirdə polis məktəbini bitirib, polis zabiti olub,

“Delfin” dəniz xüsusi təyinatlı polis bölməsində xidmət edib, sonra Narkotiklərlə Mübarizə İdarəsinə keçib. Müdiri ilə mübahisə zəminində işdən çıxıb və təşkilatçılıqla məşğul olub.

Akkuş mərkəzi İstanbulda olan əyləncə məkanlarında reketçilik üzrə ixtisaslaşan 20 nəfərlik özünə məxsus mütəşəkkil cinayət qrupu təşkil edib.

Xuraman Etibarlı

İnterpress.az