Xarici ölkə vətəndaşlarının Gürcüstandan qovulması halları artıbbackend

Xarici ölkə vətəndaşlarının Gürcüstandan qovulması halları artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici ölkə vətəndaşlarının Gürcüstandan qovulmasının statistikası ildən-ilə artır.

Bu barədə interpress.az yerli mediaya istinadən xəbər verir.

Rəsmi məlumata görə, 2023-cü ildə 190 əcnəbi ölkə ərazisini tərk edib.

Belə ki, ötən il Gürcüstandan qovulan vətəndaşların sayına görə, Azərbaycan 41 vətəndaşla birinci yerdədir.

İkinci yerdə 32 nəfərlə İran gəlir. Həmçinin ölkədən 27 hind, 13 rus, 9 misir, 9 nigeriyalı, 8 türk, 8 çin, 7 banqladeş, 6 iordaniya, 6 iraq, 5 pakistanlı qovulub.

Məlum olub ki, ən çox qovulanlar 16-40 yaş kateqoriyasına aiddir və bu rəqəm 85 nəfərdir. Bundan başqa, 27 azyaşlı ölkəni tərk edib.

Ötən illərə gəlincə, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə 165, 2021-ci ildə 77, 2020-ci ildə 49 nəfər ölkədən xaric edilib.