Xocavənd xəstəxanasının yeni direktoru kimdir? – DOSYEbackend

Xocavənd xəstəxanasının yeni direktoru kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Xocavənd Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsə yeni direktor təyin olunub.

İnterpress.az xəbər verir ki, Nəbiyev Canəli Xanəli oğlu Xocavənd Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsə direktor təyin edilib.

Nəbiyev Canəli Xanəli oğlu 01.01.1972-ci ildə Göyçə mahalı Zərkənd kəndində anadan olub.

1979-cu ildə həmin kənddə I sinifə gedib, 1988-ci ildən təhsilini Bakı şəhəri 5 saylı Kimya-biologiya təmayüllü internat məktəbində davam etdirib.

1990-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub.1996-ci ildə Pediatriya fakültəsini bitirib.

1996-1997-ci illərdə M.Nağıyev adına TTYX-da həkim-interna olub.1997-2001-ci illərdə Müdafiə Nazirliyində hərbi həkim kimi çalışıb.

2001-ci ildən 2014-cu ilə qədər 3 saylı Bakı Ş.K.X-da həkim-anestezioloq-reanimatoloq, Qan köçürmə şöbəsində müdir vəzifələrində çalışıb.

2015-2022-ci illərdə Tibb Universitetinin Cərrahi Klinikasında əməliyyat blokunun müdiri vəzifəsində çalışıb.

Hal-hazırda Xocavənd Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində çalışır.

Ailəlidir 3 övladı var.