Xoyda zəlzələdən sonra azərbaycanlıların vəziyyəti ağır olaraq qalırbackend

Xoyda zəlzələdən sonra azərbaycanlıların vəziyyəti ağır olaraq qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xoyda zəlzələdən sonra azərbaycanlıların vəziyyəti ağır olaraq qalır: İran rejimi şaxtalı havada çöldə qalan insanlara yardım etmir, yaxud etmək istəmir və Azərbaycanla Türkiyənin yardım etməsinə də imkan vermir.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, “Hengaw” insan haqları qrupu “hökumət orqanlarının zəlzələ bölgəsində çətin vəziyyətdə qalmış insanlara kömək edə bilməsi üçün xüsusi planının olmadığını” açıqlayıb, hətta ətraf şəhərlərin əhalisinə yardım etməklə bağlı çağırış edib. Lakin İran rejiminin Xoydakı azərbaycanlıların yardım çağırışlarına qulaqlarını bilərəkdən bağladığı da istisna deyil.

Ən pis məqam odur ki, İran rejimi özü yardım etmədiyi kimi, azərbaycanlılara yardım edə biləcək iki ölkənin – Azərbaycan və Türkiyənin də bunu etməsinə imkan vermir və qarşıdakı dövrdə də verməyəcəyi bəllidir. Yayılan məlumatlar və kadrlar isə soydaşlarımızın çətin vəziyyətdə olduğunu göstərir. Onlar indi taleyin ümidinə qalıb.