Yaponiya hava limanında ikinci təyyarə qəzaya uğrayıbbackend

Yaponiya hava limanında ikinci təyyarə qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Korean Air (KAL) şirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl Yaponiyada hava limanında park edilmiş Cathay Pacific sərnişin təyyarəsinə çırpılıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Rəsmi Kyodo agentliyinin məlumatına görə, 289 sərnişini daşıyan KAL təyyarəsi Sapporo şəhərinin şimalındakı Yeni Çitose hava limanından qalxmazdan əvvəl uçuş-enmə zolağına doğru hərəkət edərkən qəzaya səbəb olub.

KAL təyyarəsi havaya qalxmazdan əvvəl göyərtəsində sərnişinlərin olmadığı park edilmiş Cathay Pacific təyyarəsinə çırpılıb.

Yerli yanğınsöndürmə idarələrinin məlumatına görə, toqquşmadan sonra xəsarət alan, yanğın və yanacaq sızması olmayıb.

Qəzadan sonra zərərin qiymətləndirilməsi işləri davam edərkən, qəzanın səbəbləri araşdırılır.