Yaponiya Rusiyaya qarşı “qara siyahı”sını GENİŞLƏNDİRDİbackend

Yaponiya Rusiyaya qarşı “qara siyahı”sını GENİŞLƏNDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokio Rusiyaya qarşı “qara siyahı”sını genişləndirib.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Yaponiya hökuməti Rusiyadan 11 fiziki və 42 hüquqi şəxs, habelə Hindistan, Qazaxıstan, Çin və BƏƏ-dən 11 xarici şirkəti əlavə etməklə anti-Rusiya sanksiya siyahılarını genişləndirib.

Sanksiyalar Çindən olan yeddi şirkətə, o cümlədən Alpha Trading Investments, Guangzhou Ausay Technology və Shenzhen Biguang Trading-ə təsir edəcək. BƏƏ, Hindistan, Qazaxıstan və Özbəkistanı hər biri bir şirkət təmsil edib: “Sun Ship Management”, “Si2 Microsystems”, “Elem Group” və “Mvizion” MMC.

Ukraynadakı vəziyyətə görə bir neçə mərhələdə tətbiq edilən Yaponiya sanksiyaları artıq Rusiyadan 1000-dən çox insana və 150-dən çox təşkilata təsir edib.

Xuraman Etibarlı

İnterpress.az