Yaponiyada 15 mindən çox adam günvurmaya görə xəstəxanaya yerləşdirilibbackend

Yaponiyada 15 mindən çox adam günvurmaya görə xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyun ayında Yaponiyada günvurma diaqnozu ilə 15 657 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, bununla 2011-ci ildə qeydə alınmış antirekoprd yenilənib. Həmin ilin iyununda xəstəxanalara günvurmaya görə 6980 nəfər müraciət etmişdi.

Qeyd edək ki, Yaponiya tarixində ilk dəfə iyunda havanın temperaturu 40 dərəcəni keçib. Rekord göstərici İsesaki şəhərində qeydə alınıb. Paytaxt Tokioda isə iyunun son həftəsində ardıcıl 5 gün hərarət 35 dərəcədən aşağı enməyib. Bu hal 1875-ci ildən indiyədək ilk dəfə baş verib.