Yaşayış evində DƏHŞƏTLİ YANĞIN: 4-ü uşaq olmaqla 6 nəfər ÖLDÜbackend

Yaşayış evində DƏHŞƏTLİ YANĞIN: 4-ü uşaq olmaqla 6 nəfər ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Omsk vilayətində dəhşətli yanğında 6 nəfər, o cümlədən 4 uşaq həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiyanın Omsk vilayətinin Yuryevka kəndində yaşayış evində baş verən yanğın faciə ilə nəticələnib. Yanğın nəticəsində 6 nəfər həyatını itirib.

Məlumata görə, həlak olanlar 25 yaşlı ev sahibi qadın, onun bir yaşlı övladı, beş və iki yaşlı qızları, həmçinin evdə qonaq olan 35 yaşlı qadın və onun 14 yaşlı yeniyetmə oğlu olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Hazırda yanğının başvermə səbəbləri müəyyənləşdirilir, hadisə yerində araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az