Yaxın saatlarda Qutsul barəsində həbs-qətimkan tədbiri SEÇİLƏCƏKbackend

Yaxın saatlarda Qutsul barəsində həbs-qətimkan tədbiri SEÇİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın saatlarda Qaqauziyanın rəhbərinə qarşı ittiham irəli sürəcək və barəsində həbs-qətimkan tədbiri seçiləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Moldova Korrupsiyaya Qarşı Mübarizə Mərkəzindən bildiriblər.

Qeyd olunur ki, prokurorlar yaxın saatlarda Qaqauziyanın rəhbəri Yevgeniya Qutsula qarşı ittiham irəli sürəcək və məhkəmədən barəsində həbs-qətimkan tədbiri seçəcəklər.

Moldova hakimiyyəti muxtariyyət rəhbəri Yevgeniya Qutsulun həbsindən sonra Qaqauziyaya polis yeridir.

Qaqauziya rəhbərinin müavini Viktor Petrov bildirib ki, regionda vəziyyət gərginləşir.

Onun sözlərinə görə, Komratda həm siyasətçilərin, həm də sadə vətəndaşların iştirak edəcəyi Qutsula dəstək aksiyası planlaşdırılır.

Petrov vurğulayıb ki, Qutsulun prosessual statusu hələ də məlum deyil.

Ehtiyat tədbiri haqqında məlumat 72 saatdan sonra, yəni həbs müddəti başa çatdıqdan sonra məlum olacaq.

Bundan əlavə, Petrov bəyan edib ki, Qutsulun saxlanması müxalifətə təzyiqdir və bunun ardınca digər müxalifətçilərin həbsi baş verə bilər.

Xuraman Etibarlı

İnterpress.az