Yay tətili faciə ilə BİTDİ: Katerin qopan metal hissəsi yeniyetmənin kəlləsini PARÇALADI – FOTOLARbackend

Yay tətili faciə ilə BİTDİ: Katerin qopan metal hissəsi yeniyetmənin kəlləsini PARÇALADI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda yay işinə düzələn 17 yaşlı yeniyetmə ağır qəza nəticəsində komaya düşüb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Sankt-Peterburqda yay tətili günlərində pul qazanmaq istəyən 17 yaşlı Yuri adlı yeniyetmənin işə düzəlməsi faciə ilə başa çatıb. İşdə baş verən ağır bədbəxt hadisə nəticəsində gənc komaya düşüb və beyninin bir hissəsi ciddi zədələnib.

Məlumata görə, işə götürülərkən valideynlərinə Yurinin yalnız qonaqlara xidmət edəcəyi və göyərtəni təmizləyəcəyi vəd edilsə də, o, metal pontonların yedəyə alınması prosesinə cəlb olunub.

Bu zaman katerdən qopan trosun metal bərkidici detalı dəbilqəsiz olan gəncin başına sürətlə çırpılıb.

Zərbə nəticəsində yeniyetmənin kəllə sümüyü bir neçə yerdən sınıb, göz yuvası parçalanıb və beyninin bir hissəsi cərrahi yolla çıxarılıb.

Hazırda gəncin vəziyyətinin son dərəcə ağır olduğu və reanimasiyada müalicəsinin davam etdiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.аz