Yeni “cəhənnəm” planeti KƏŞF OLUNDUbackend

Yeni “cəhənnəm” planeti KƏŞF OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər yeni “cəhənnəm” planeti kəşf ediblər.

interpress.az xəbər verir ki, alimlər çürük yumurta qoxuyan yeni “cəhənnəm” planeti kəşf ediblər.

O, Yerin yaxınlığında yerləşən ekzoplanet hesab olunur. Bu, “HD 189733 b” adlanır. Orada şərtlər çox sərtdir.

Bu, Tülkü bürcündə planetimizdən 64 işıq ili uzaqlıqda yerləşən qaz nəhəngidir. O, öz ulduzuna Merkurinin Günəşə olduğundan 13 dəfə yaxındır. Səthdəki temperatur 925 dərəcə Selsiyə çatır, buna görə də onu “cəhənnəm planeti” adlandırırlar.

Mütəxəssislərin fikrincə, planetimizdə saatda 800 km sürəti olan küləklər tərəfindən idarə olunan ərimiş şüşə yağışının yağacağı ehtimalı var.

Bu da planetimizdəki ən güclü küləklərin sürətindən üç dəfə yüksəkdir. Yeni kəşf edilən ekzoplanet çürük yumurta qoxusuna malik hidrogen sulfidlə zəngindir.

Belə materialdan ibarət planetlərə nadir hallarda Günəş sistemindən kənarda rast gəlinir.

Xuraman Etibarlı

İnterpress.az