YENİ QANUN: Rusiya DİN miqrantları ölkədən ÇIXARA BİLƏCƏKbackend

YENİ QANUN: Rusiya DİN miqrantları ölkədən ÇIXARA BİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndi Rusiya Daxili İşlər Nazirliyi miqrantları ölkədən çıxara biləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının məlumat bazasında deyilir.

Rusiya Federasiyası Hökuməti daxili işlər orqanlarının əcnəbilərin Rusiyadan çıxarılması ilə bağlı qərar qəbul etmək hüququna dair layihəni dəstəkləyib və yekunlaşdırıb.

“Rusiya Federasiyası Hökuməti yuxarıda qeyd olunan iradlar nəzərə alınmaqla yenidən işlənmək şərti ilə qanun layihəsini dəstəkləyir”, – Baş nazirin müavini Dmitri Qriqorenkonun imzaladığı sənəddə deyilir.

“Qanun layihəsinin müəllifləri nəzərə almayıblar ki, bəzi hallarda yalnız məhkəmə deportasiyanı başqa inzibati cəza ilə əvəz edə bilər”, – hökumət izah edib.

Məsələn, İnzibati Xətalar Məcəlləsinin (İXM) 4.1-ə uyğun olaraq, əcnəbi qanuna tabe olan həyat tərzi keçiribsə, ailəsi, gəliri və mənzili varsa və Rusiyada vergi ödəyirsə, məhkəmə deportasiyanı cərimə və ya tədbirlərdə iştirak qadağası ilə əvəz edə bilər.

Xuraman Etibarlı

İnterpress.az