Yeni Zelandiyada qeyri-adi avtomobil hazırlanacaqbackend

Yeni Zelandiyada qeyri-adi avtomobil hazırlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dicker Data” proqram təminatı şirkətinin sahibi Devid Diker tərəfindən təsis edilən və Yeni Zelandiyada yerləşən “Rodin Cars” FZero trek hiperkarının xüsusiyyətlərini açıqlayıb.

Tək oturacaqlı avtomobil V10 4.0 bazasında 1176 at gücünə malik hibrid elektrik mühərriki ilə təhiz olunacaq və saatda 360 kilometr sürət yığa biləcək.

Karbon kompozitləri və titandan geniş istifadə sayəsində FZero-nun çəkisi 700 kiloqramdan az olacaq.

Eyni zamanda, avtomobilin aerodinamik “quyruğu” dörd ton olmaqla inanılmaz sıxılma gücü yaradacaq. FZerodan cəmi 27 ədəd istehsal ediləcək.

Mənbə: motor.ru