Yetkinlikdə incə qamət hamiləlik dövründən asılıdır – ARAŞDIRMAbackend

Yetkinlikdə incə qamət hamiləlik dövründən asılıdır – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər müəyyən ediblər ki, yetkinlikdə incə qamət hamiləlik dövründən asılıdır.

İnterpress.az xəbər verir ki, bu barədə yapon alimləri araşdırma aparıb. Alimlər müəyyən ediblər ki, soyuq mövsümdə (oktyabrdan aprelə qədər) hamilə qalan qadınların uşaqlarının yetkinlik dövründə arıq qalmaq şansı daha yüksəkdir.

Sirr “faydalı” qəhvəyi yağın artan aktivliyindədir ki, bu yağ kalori yandırmağa kömək edir və insulin müqavimətindən qoruyur.

Bundan əlavə, qışda, yüngül soyuq stress şəraitində hamilə qalmaq genlərə və maddələr mübadiləsinə təsir edərək, orqanizmi soyuğa daha həssas edir.

Xuraman Etibarlı

İnterpress.az