Yüzlərlə fələstinli HƏMAS-a qarşı yenidən etiraz aksiyası KEÇİRİRbackend

Yüzlərlə fələstinli HƏMAS-a qarşı yenidən etiraz aksiyası KEÇİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüzlərlə fələstinli HƏMAS qruplaşmasına qarşı yenidən etiraz aksiyası keçirir.

İnterpress.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Qəzza zolağının şimalında HƏMAS-a və İsraillə müharibəyə qarşı nümayişlər davam edir.

Yerli sakinlər agentliyə bildiriblər ki, bir neçə yüz nəfər, o cümlədən uşaqlar və qadınlar bu yaxınlarda islamçı təşkilatı geri çəkilməyə çağırıb.

Etirazlar ABŞ-nin insanları köçürmək planlarını da hədəf alıb.

Etiraz aksiyaları Qəzzanın müxtəlif bölgələrində, xüsusən Beyt Lahiya şəhərinin xarabalıqları və Cəbəliyə qaçqın düşərgəsində keçirilib.

Səsyazmalarda nümayişçilərin “HƏMAS – rədd olun!” və “HƏMAS terrordur!” şüarları səsləndirilir.

Xuraman Etibarlı

İnterpress.az