Zelenski Aretoviçə qarşı sanksiyalar tətbiq edib.
İnterpress.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski öz ofisinin rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçə qarşı sanksiyalar tətbiq edib. Fərman prezidentin saytında dərc olunub.
Politoloq Konstantin Bondarenkoya da məhdudiyyətlər qoyulub. Keçən ilin payızında Ukrayna prezidentinin “Joker” adlı tərcümeyi-halını dərc etmişdi.
2023-cü il yanvarın 14-də Dneprdə çoxmərtəbəli binanın girişinin çökməsinə Ukrayna qüvvələri tərəfindən vurulan raket səbəb olduğunu iddia edən Arestoviç 2023-cü ilin yanvarında istefa verib. Daha sonra üzr istəyib və sözlərini səhv adlandırıb.
Kreml iddia edib ki, binanın bir hissəsinin uçması Ukrayna hava hücumundan müdafiə sistemlərinin işinin nəticəsidir.
Xuraman Etibarlı
İnterpress.az