7200 əcnəbi döyüşçünün adı isə məlum deyil. İnterpress.az xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb. Məlumata görə, həmin İŞİD-çilər turist kimi dünya ölkələrinə səyahət edə bilirlər.
Fransadakı terror hücumları ilə əlaqəsi olduğuna görə axtarılan Hayat Boumeddine adlı qadın da belələrindən ancaq biridir.
İŞİD-ə qarşı dünya miqyasında keçirilən toplantılarda risk qrupuna daxil olan profillərin paylaşılması ilə bağlı anlaşma əldə edilib. Başda Avropa ölkələri olmaqla İŞİD-ə rəğbət duyan şübhəlilərə aid profillər araşdırılıb. Türkiyədə təhlükəsizlik qurumlarına gələn siyahıda belə şəxslərin sayı 7800 nəfər olub.
Qalan 7 min nəfərin isə kimliyi bəlli deyil. İŞİD-ə rəğbət bəsləyənlər əsasən Türkiyə, İraq, İordaniya, Livandan keçməklə Suriyaya gedir.
İnterpress.azhttps://youtube.com/watch?v=_mWLGfR60q4