“Ermənistanın işğalçılıq siyasəti nəticəsində sülh prosesi yubanır”backend

“Ermənistanın işğalçılıq siyasəti nəticəsində sülh prosesi yubanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Niderlandın Azərbaycandakı səfiri Robbert Gabrielseni qəbul edib.

Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanması və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Niderland arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması və hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

İnterpress.az