“Sevil”çilər kütləvi aksiyalara başlayırbackend

“Sevil”çilər kütləvi aksiyalara başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a daxil olan məlumata görə, zərərçəkənlər Prezident Aparatı və Respublika Prokurorluğuna etdikləri müraciətlərdən sonra da vəsaitin geri ödənilmədiyini əsas gətirərək kütləvi aksiyalara başlayacaq.

Aksiyanın yanvarın 16-da Abşeron rayon İcra Hakimiyyətinin qarşısında başlaması nəzərdə tutulur. Daha sonra isə etiraz aksiyasının yanvarın 26-da Prezident Aparatı qarşısında davam etdirilməsi gözlənilir. Zərərçəkənlərin sözlərinə görə, Respublika Prokurorluğuna təqdim etdikləri ərizəyə cavab verilməyib. Ödənilən pulların qaytarılması ilə məşul olan Abşeron rayon İcra Hakimiyyətinin Xırdalan üzrə nümayəndəliyi isə zərərçəkənlərə ödəmək üçün pulun olmadığını bildirib.

Bir neçə aydan bəri pullarını geri ala bilməyən zərərçəkənlər kütləvi aksiyalarla hökümətin diqqətini problemə cəlb etməyə cəhd edəcəklər.

Elnarə
İnterpress.az