Obamadan Fələstinə qarşı daha bir bəyanatbackend

Obamadan Fələstinə qarşı daha bir bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu açıqlama ilə Ağ Evin mətbuat xidməti çıxış edib.

“ABŞ Fələstini suveren dövlət hesab etmir və buna görə də onun Haaqa Məhkəməsinə üzvlüyünə qarşıdır”. Bu barədə isə Barak Obama İsrailin baş naziri Binyamin Netenyahuyla telefon danışığı zamanı deyib.

Mətbuat xidməti əlavə edib ki, Obama və Netanyahu BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran danışıqlarını müzakirə edib: “ABŞ prezidenti Netanyahunu əmin edib ki, Amerika İranla ümumi razılığa o zaman gələcək ki, rəsmi Tehranın nüvə silahı düzəltmək imkanı əlindən alınacaq”.

Qeyd edək ki, bundan əvvəl də amerikalı rəsmilər Fələstinin məhkəməyə üzvlüyünün Yaxın Şərqdə vəziyyəti gərginləşdirəcəyini vurğulayıb. Belə ki, bu, fələstinlilərə hərbi cinayətlər üçün israillilər əleyhinə iddialar qaldırmağa imkan verəcək. Fələstin məhkəmə bu ilin aprelin 1-dən tamhüquqlu üzvü olacaq. Bunu BMT-nin baş katibi Pan Ki Mun da təsdiq edib.

İnterpress.az