Erməni publisistdən sensasiyalı Qarabağ açıqlamasıbackend

Erməni publisistdən sensasiyalı Qarabağ açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Publisistin yazdığına görə, azərbaycanlıların Qarabağla bağlı bəzi həqiqətləri bilmək haqqı var: “Azərbaycanlılar bilmək haqqı var ki, mən Qarabağ münaqişəsi haqqında şəxsən bilirəm, bunu başqalarından eşitməmişəm. Mənim dostum, Ermənistan Respublikaçılar Partiyasının yaradıcısı, sovet dönəmində dissident və siyasi məhbus olmuş Aşot Navasardyan mənə bu haqda danışıb. 1985-ci ildə çekistlərdən biri həbsxanada ona deyib ki, yaxın zamanda hamını evə buraxacaqlar. Çünki Qarabağ məsələsi artıq Kremldə ermənilərin xeyrinə həll edilib. İndi ancaq məhbusların evə qayıtması və Qarabağ hərəkatını başlaması tələb olunur. Bunun müqabilində hakimiyyət Qarabağı ermənilərə qaytaracaq. Eyni söhbət bütün erməni siyasi məhbuslarla edilib”.

Publisist yazır ki, ermənilərin öz müqəddaratını təyin etmək hərəkatının lideri İrəvanda çıxışı zamanı Sumqayıt hadisələrinə görə azərbaycanlıların yox, Kremlin cavabdeh olduğunu bildirib.

Vaha Avetyanın sözlərinə görə, bundan sonra onu ölkədən sürgün ediblər, müstəqillik və demokratiya uğrunda mübarizlər ölkəni tərk edib: \”Azərbaycanlılar və ermənilər bilməlidirlər ki, bizim milli bayraqlarımızın çiyin-çiyinə Kremlin xarabalığında qaldırılacağı gün olacaq. Biz Qarabağa görə də, bir çox başqa şeylərə görə də intiqam alacağıq”.

İnterpress.az