BP 150 nəfəri ixtisara göndərirbackend

BP 150 nəfəri ixtisara göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk mərhələdə 150 nəfərin işdən azad ediləcəyi gözlənilir ki, bunun müqabilində onlara yüksək məbləğdə kompensasiya ödəniləcək. Məlumata görə, ixtisarlar neftçıxarma sahəsində çalışanları yox, əsasən ofis əməkdaşlarını əhatə edəcək. Artıq əməkdaşlar arasında bununla bağlı narahatlıqlar başlayıb.

BP Azərbaycan şirkətinin mətbuat xidmətini rəhbəri Tamam Bayatlı İnterpress.az-ın məsələ ilə bağlı sorğusunu cavablandırıb: “BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzunmüddətli və çox əhəmiyyətli layihələrdir. BP bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək. Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək. Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq. O cümlədən lazımsız mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq. Bu imkanlar əsasən əməliyyat proseslərimizinin, təchizat fəaliyyətlərimizin və təşkilatımızın daha sadə və səmərəli olması istiqamətlərindədir. Təbii, bunlar biznes fəaliyyətinin tələblərinə uyğundur və bizim daha rəqabətqabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə, əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla yanaşı, biz həm də daha quclü və daha rəqabətqabiliyyətli olaq.”

Qeyd edək ki, Böyük Britaniyanın “Qardian” qəzetinə müsahibəsində BP şirkətinin baş icraçı direktoru Bob Dadli şirkətin məcburi ixtisarlara 1 milyard dollar xərcləyəcəyini bildirib. İxtisarların aparılacağı ölkələr arasında Azərbaycanın da adı olub.

Məcburi ixtisarlara əsas səbəb kimi neftin kəskin ucuzlaşması göstərilir.

Elnarə
İnterpress.az