İlqar Məmmədov və Tofiq Yaqublunun şikayətinə baxılırbackend

İlqar Məmmədov və Tofiq Yaqublunun şikayətinə baxılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrlik etdiyi prosesdə İlqar Məmmədov və Tofiq Yaqublu iştirak etməyiblər. Hakim deyib ki, onların prosesdə iştirakı barədə məhkəməyə hər hansı vəsatət təqdim olunmayıb.

Daha sonra iclasda prosesin onların iştirakı olmadan keçirilməsi müzakirə olunub, proses iştirakçıları məhkəmənin Tofiq Yaqublu və İlqar Məmmədovun iştirakı olmadan keçirilməsinə etiraz etməyiblər.

Vəkillər Nemət Kərimli və Fuad Ağayev çıxış edərək müdafiə etdikləri şəxslər barəsində cinayət işinə xitam verilməsini, hökm və qərarların ləğv olunmasını məhkəmədən xahiş ediblər.

Hakim isə deyib ki, cinayət işi ilə bağlı əlavə faktları öyrənmək və işlə ətrafı tanış olmaq üçün vaxt lazımdır.

Ona görə də proses təxirə salınıb. Qeyd olunub ki, prosesin vaxtı barədə tərəflərə məlumat veriləcək.

İnterpress.az