İnterpress.az xəbər verir ki, yanvarın 2-də Gömrük İttifaqının tamhüquqlu üzvü olan Ermənistanın vətəndaşları bundan sonra Rusiya vətəndaşları ilə eyni işçi haqqlarına sahib olacaqlar. Bu barədə Ermənistanın nazirlər Kabineti açıqlama verib.
“Bu müqavilə ilə iş sahibləri Ermənistan vətəndaşlarını əlavə sənədləşmə və məhdudiyyətlər olmadan işə cəlb edə biləcəklər. Bunun üçün icazə istənilməyəcək”.
Müqavilə həmçinin bəzi Ermənistan təhsil müəssisələrinin diplomlarının Rusiya Federasiyasında tanınmasını nəzərdə tutur. Buraya Pedaqoji, hüquqi, tibbi və farmaseptik sahələr aiddir. Həmçinin qeyd olunur ki, Rusiyaya gedən Ermənistan vətəndaşları 30 gündən az müddətə qalacaqlarsa miqrasiya sənədini doldurmaqdan azad edilirlər.
Kabinetdən həmçinin bildirilib ki, pensiya təminatından başqa Rusiya ərazisində işləyən bütün Ermənistan vətəndaşları eyni social hüquqlara malik olacaqlar.
İnterpress.az