Prezidentin “qiyməti” iki dəfə bahalaşdıbackend

Prezidentin “qiyməti” iki dəfə bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkmənistanda il ərzində ölkə prezidenti Qurbanqulu Berdimuhammedovun portret rəsimlər iki dəfə bahalaşıb. Bu barədə rəsmi “Türkmənistan xronikası” məlumat verib.

Xəbərə görə bir il əvvəl prezidentin çərçivəylə birgə şəkli 16 Türkmənistan manatı idi. İndi isə 33 manata (təqribən 10 dollar). Agentliyin xəbərinə görə, yeni il qabağı məktəblərin direktorlarına tapşırılmışdı ki, prezidentin portretlərini yeniləyin.

Xatırladaq ki, öncəki prezidenti Saparmurat Niyazov ölkədə şəxsiyyətə pərəstiş yaratmaqda ittiham olunurdu. Onun ölümündən sonra hakimiyyətə Qurbanqulu Berdimuhammedov bunu nisbətən azaltsa da tam olaraq ləğv etmədi. Əksinə öz şəxsiyyətinə pərəstiş formalaşdırdı. Onun şerləri məktəb proqramına salındı. Ölkənin müxtəlif yerlərinə özünün və atası Məlikqulu Berdimuhammedovun heykəllərini ucaldıldı. Prezidentə “Arxadağ” adı verildi. Onu hakimiyyət illəri “Xoşbəxtlik və Güc epoxası” adlandırılıb.

İnterpress.az