Rusiya qatili Ermənistana vermədibackend

Rusiya qatili Ermənistana vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ermənistanın Gümrü şəhərində 6 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Valeriy Permyakov Ermənistan hüquq-mühafizə orqanlarına verilməyəcək və bu barədə məsələyə baxılmır. Bununla bağlı məlumatı Ermənistanın baş prokurorluğu yayıb.

“Ermənistanın baş prokurorluğu və Rusiya tərəfi Gümrüdəki qətlin təfərrüatlarını müzakirə ediblər. Tərəflər qeyd ediblər ki, günahkarlar qanunun imkan verdiyi ölçüdə sərt cəzalanmalıdırlar”.

Saxlanılan V.Permyakov Rusiya Federasiyasının vətəndaşıdır və Rusiya hüquq-mühafizə orqanlarının və həm də Rusiyanın yuristiksiyasının nəzarəti altındadır.

Baş vermiş hadisə hər iki ölkənin hüquq mühafizə orqanları tərəfindən araşdırlır.

İnterpress.az